Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

16:36 - 29 / 09 / 2022
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 049 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 385, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 158, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 437, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 69 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 889 515, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 381 575, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 867 386, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 378 878, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 676 nəfər təşkil edir.

Paylaş:
839

Son xəbərlər

Bütün xəbərlər