V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalından əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalından əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə edildi

16:33 - 30 / 09 / 2022
V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalından əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə edildi

“Bir bilet - bir ağac” şüarı altında keçirilən V ANIMAFILM Beynəlxalq Animasiya Festivalı uğurla yekunlaşdı.

1news.az xəbər verir ki, 29 ölkədən uşaq və böyüklər üçün çəkilmiş 121 animasiya filminin iştirak etdiyi festivalın builki mövzusu “İqlim dəyişikliyi” idi. Festivaldan öncə elan edildiyi kimi bilet satışından əldə olunan vəsait işğaldan azad edilən ərazilərdə ətraf mühitə dəyən zərərin aradan qaldırılmasına, ekoloji tarazlığın bərpası və ətraf mühitin sağlamlaşdırılmasına dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə olunub.

Qeyd edək ki, “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyi adından Qarabağda 412 ağac əkiləcək.

Qarabağ Dirçəliş Fondu bu nəcib addım üçün V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təşkilatçıları olan “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyi və “PERİ FİLM” şirkətinin rəhbərliyinə və əməyi keçən bütün heyətə təşəkkür edir və hər kəsi işğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərərin aradan qaldırılmasına, ekoloji tarazlığın bərpası və yenidənqurma işlərinin təşkilinə, sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa dəvət edir.

Qarabağın dirçəlişi kimi mühüm bir missiya ətrafında birləşmək, Qarabağın dirçəlişi istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə irəli sürülən belə təşəbbüslər həmrəyliyin birbaşa təzahürüdür.

Vətənin təbiətini qorumaq, mühafizə etmək, onun flora və faunasına sahib çıxmaq hər birimizin borcu, ümumxalq işidir.

Paylaş:
357

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər