“Biləcəri daş bazarı”nda usta ölüb - Araşdırma aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

“Biləcəri daş bazarı”nda usta ölüb - Araşdırma aparılır

Qafar Ağayev09:43 - 30 / 09 / 2022
“Biləcəri daş bazarı”nda usta ölüb - Araşdırma aparılır

Sentyabrın 29-u saat 15 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində 1984-cü il təvəllüdlü Xəqani Əzizovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Xəqani Əzizov usta kimi işlədiyi “Biləcəri daş bazarı” adlanan yerdə yerləşən taxta sexinin çardağında örtük quraşdırma işlərini yerinə yetirərəkən elektrik xəttinə toxunması nəticəsində elektrik cərəyanının təsirindən ölüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş:
467

Son xəbərlər

Bütün xəbərlər