Suraxanıda hərbi sursat aşkar edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Suraxanıda hərbi sursat aşkar edilib - FOTO

13:15 - 01 / 10 / 2022
Suraxanıda hərbi sursat aşkar edilib - FOTO

Suraxanı rayonu ərazisində hərbi sursat aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 2 ədəd döyüş tətbiqinə yararlı F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Paylaş:
424

Son xəbərlər

Bütün xəbərlər