Tərtərdə minaya düşərək yaralanan şəxslərin son durumu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərtərdə minaya düşərək yaralanan şəxslərin son durumu açıqlanıb

14:29 - 01 / 10 / 2022
Tərtərdə minaya düşərək yaralanan şəxslərin son durumu açıqlanıb

Tərtərdə minaya düşərək xəsarət alan 1976-cı və 1990-cı il təvəllüdlü şəxslər TƏBİB-in tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə 1news.az-a TƏBİB-dən məlumat verilib.

Hər ikisi xəsrəxanaya sol ayağın baldır nahiyəsinin travmatik amputasiyası, çox saylı qəlpə yaraları diaqnozu ilə daxil olub.

Hazırda hər iki pasiyent əməliyyatdadır.

Onlardan birinin vəziyyəti ağır, birinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

1news.az

Paylaş:
399

Son xəbərlər

Bütün xəbərlər