Serebral iflic olan uşağın sosial ödənişi niyə kəsildi? - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Serebral iflic olan uşağın sosial ödənişi niyə kəsildi? - VİDEO

17:26 - 01 / 10 / 2022
Serebral iflic olan uşağın sosial ödənişi niyə kəsildi? - VİDEO

Anadangəlmə serebral iflic xəstəsi olan 9 yaşlı uşağın sosial ödənişi 4 aydır ki kəsilib.valideynləri bunu bərpa etmək üçün lazımi prosedurları etdiklərini, lakin hələ Ki bir nəticə olmadığını bildiriblər. Ailənin maddi durumu yaxşı deyil, elə buna görə də uşağın müalicə xərclərini ödəyə bilmirlər. Azyaşlının dərdi isə elə bir dərddir ki, dərmanı mütləq olmalıdır.

1news.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,Serebral iflic xəstəsi olan uşağın sosial ödənişi kəsilib.

Azyaşlı Valeh Yunisli 2014-cü ildə Şəmkir rayonun Keçili kəndində anadan olub. Hələ bir neçə aylıq ikən uşağın davranışlarında qeyri-adilik hiss edən valideynləri həkimə müraciət edib...Uşağa anadangəlmə serebral iflic diaqnozu qoyulub. Amma uşağa əlillik ödənişi 6 yaşında təyin olunub. Bundan 3 il sonra isə dayandırılıb.

İndi daimi məşğuliyyəti olmayan ailə xəstə uşağın müalicə xərclərini ödəməkdə çətinlik çəkir..Buna görə də sosial ödənişin yenidən bərpa olunmasını istəyirlər.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov məsələ ilə bağlı bildirib ki, bu ilin may ayında Valeh Yunislinin əlillik müddəti başa çatdıqdan sonra əlilliyinin yenidən qiymətləndirilməsi məqsədilə tibb müəssisəsi tərəfindən elektron sistemə göndəriş daxil edilib. Elektron sistem üzərindən qiymətləndirilmə zamanı müəyyən edilib ki, vətəndaşın ekspertiza üçün əhəmiyyətli göstəriciləri qeyd edilməyib. Həmçinin, pulsuz dərman alması barədə Səhiyyə Nazirliyinin reyestrində hec bir məlumat yoxdur. Bu səbəbdən ona elektron sistem üzərindən imtina qərarı verilib. Buna baxmayaraq vətəndaş,21 sentyabr tarixində Agentliyin yerli mərkəzində əyani müayinə edilib. Əyani müayinə əsasında Valeh Yunisliyə orqanizm funksiyasının 100% pozulması ilə əlaqədar müddətsiz əlillik təyinatı aparılıb.Qısa müddət ərzində sosıal ödənişlərin təyinatı aparılacaq.

1news.az

Paylaş:
355

Son xəbərlər

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02
Bütün xəbərlər