Metronun Bənövşəyi xəttinin stansiyalarına giriş məhdudiyyəti ləğv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Metronun Bənövşəyi xəttinin stansiyalarına giriş məhdudiyyəti ləğv edilib

15:59 - 03 / 10 / 2022
Metronun Bənövşəyi xəttinin stansiyalarına giriş məhdudiyyəti ləğv edilib

Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttinin stansiyalarına giriş məhdudiyyəti aradan qaldırılıb.

Bunu 1news.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

"Bənövşəyi xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkil edilməsinə dair işlərin başlanması ilə əlaqədar sentyabrın 6-dan xəttin “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyaları 30 dəqiqə tez - saat 23:30-da bağlanırdı və qatarların hərəkətinə məhdudiyyət qoyulmuşdu. Həmin işlərin I mərhələsi yekunlaşdırıldığından stansiyalara girişə qoyulmuş məhdudiyyət ləğv edilib. Sərnişinlər adi iş rejimi qaydasında (saat 00:00-a qədər) stansiyalarının xidmətindən istifadə edə bilərlər", - deyə o, qeyd edib.

1news.az

Paylaş:
241

Son xəbərlər

Bütün xəbərlər