Azərbaycanın İraqdakı səfirliyinin təşəbbüsü ilə kərküklü şagirdlərə yardım göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın İraqdakı səfirliyinin təşəbbüsü ilə kərküklü şagirdlərə yardım göndərilib

Qafar Ağayev18:40 - 03 / 10 / 2022
Azərbaycanın İraqdakı səfirliyinin təşəbbüsü ilə kərküklü şagirdlərə yardım göndərilib

Azərbaycan Respublikasının İraq Respublikasındakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən yeni dərs ilinin başlanması ilə əlaqədar İraqın Kərkük şəhərində yerləşən Füzuli adına orta məktəbin şagirdlərinə yardım göndərilib.

1news.az xəbər verir ki, 20 ədəd məktəb çantası və müvafiq dərs ləvazimatlarından ibarət yardım oktyabr ayının 2-də Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nasir Məmmədov tərəfindən şagirdlərə təqdim edilib. Mərasimdə İraq Respublikasının Kərkük şəhərinin Təhsil baş idarəsinin rəisi Nurhan Xəlil Abdullah, İraq Türkmən Cəbhəsinin (İTC) sədri Həsən Turan və məktəb rəhbərliyi iştirak edib.

İraq və Azərbaycan bayraqları, eləcə də hər iki bayrağın əks olunduğu xüsusi döş nişanları ilə birlikdə müəllif Bəhram Bağırzadənin imzası ilə uşaqlar üçün “Şuşa” kitabı da çantalara əlavə edilib.

Qeyd edək ki, sözügedən təhsil ocağının 1-6-cı siniflərində, əsasən İraq türkmənləri olmaqla, ümumilikdə 120-yə yaxın şagird türkmən dilində təhsil alır.

Xatırladaq ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən AIDA 2011-ci ildə təsis edilib və əsas məqsədi ölkəmizin beynəlxalq inkişafa yardım fəaliyyətinin əlaqələndirilməsi və həyata keçirilməsidir.

Paylaş:
431

Son xəbərlər

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13
Bütün xəbərlər