Fizika üzrə Nobel mükafatının qalibləri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fizika üzrə Nobel mükafatının qalibləri açıqlanıb

14:04 - 04 / 10 / 2022
Fizika üzrə Nobel mükafatının qalibləri açıqlanıb

Bu gün İsveçin paytaxtı Stokholm şəhərində Fizika üzrə 2022-ci il Nobel mükafatı qaliblərinin adları açıqlanıb.

1news.az-ın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qaliblərin elan olunma mərasimi İsveç Kral Elmlər Akademiyasında keçirilib.

Fizika üzrə 2022-ci il Nobel mükafatı qalibləri fransız fizik, kvant optikası üzrə mütəxəssi Alain Aspect, kvant mexanikası üzrə ixtisaslaşmış amerikalı fizik John F. Clauser və kvant informasiyası sahəsində çalışan avstriyalı alim Anton Zeilinger olub.

Onlar bu mükafata “Bell bərabərsizliklərinin pozulmasını təyin edən və Kvant məlumat elmi olan dolaşıq fotonlara dair təcrübələr üçün” layiq görülüb.

1news.az

Paylaş:
366

Son xəbərlər

Bütün xəbərlər