Xocavənddə kütləvi məzarlıq aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocavənddə kütləvi məzarlıq aşkarlanıb - FOTO

14:37 - 04 / 10 / 2022
Xocavənddə kütləvi məzarlıq aşkarlanıb - FOTO

Xocavənd rayonunun Edilli kəndində növbəti kütləvi məzarlıq aşkar edilib.

1news.az Trend-ə istinadən xəbər verir ki, məzarlıqda 12 nəfərə aid qalıqlar aşkarlanıb. Üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir.

Bundan başqa aşkarlanan qalıqlardan aydın olub ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birlərinə bağlanıb.

Paylaş:
542

Son xəbərlər

Bütün xəbərlər