Havada toz dumanı müşahidə edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Havada toz dumanı müşahidə edilir

17:46 - 04 / 10 / 2022
Havada toz dumanı müşahidə edilir

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

1news.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib ki, dispers toz hissəcikləri Xətai rayonunda 1,5 dəfə, Nizami rayonunda isə 2,4 dəfə normadan yüksək qeydə alınıb:

“Sinoptik vəziyyətə və eyni zamanda toz proqnoz modellərinə əsasən tozlu hava şəraiti transsərhəd xarakterlidir və gün ərzində davam edəcək”.

1news.az

Paylaş:
703

Son xəbərlər

Bütün xəbərlər