Sumqayıtda 20 gün əvvəl itkin düşmüş 81 yaşlı kişinin qətlinin təfərrüatları açıqlanıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda 20 gün əvvəl itkin düşmüş 81 yaşlı kişinin qətlinin təfərrüatları açıqlanıb - YENİLƏNİB

10:46 - 04 / 10 / 2022
Sumqayıtda 20 gün əvvəl itkin düşmüş 81 yaşlı kişinin qətlinin təfərrüatları açıqlanıb - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda 81 yaşlı kişinin qətli barədə məlumat yayıb.

1news.az APA-ya istinadən xəbər verir ki, DİN-dən verilən məlumatda bildirilib ki, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə avqustun 14-də 81 yaşlı Nadir Rzayevin Sumqayıt şəhərində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması barədə müraciət daxil olub.
Polis əməkdaşları tərəfindən onun yerinin müəyyən olunub tapılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Oktyabrın 3-də saat 19 radələrində N.Rzayevin üzərində zorakılıq əlamətləri olan meyitinin evinin həyətində basdırılmış vəziyyətdə tapılması ilə əlaqədar şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Abbasovun N.Rzayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
S.Abbasov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məlumata görə, hadisə şəhərin 21-ci mikrorayonunda fərdi yaşayış evində baş verib.

81 yaşlı Nadir Rzayevi öldürməkdə şübhəli bilinən 45 yaşlı Samir Abbasov onun evində usta işləyirmiş. Aralarında düşən mübahisə zamanı tərəflər bir-birini kobud ifadələrlə təhqir edib. Bu zaman S. Abbasov 81 yaşlı kişini küt alətlə vuraraq qətlə yetirib və meyitini həyətdə basdırıb.

10:09

Sentyabrın 14-ü Sumqayıt Şəhər Polis İdarəsinə 1941-ci il təvəllüdlü Nadir Rzayevin itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla zərərçəkmişin tanışı 1977-ci il təvəllüdlü Samir Abbasovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nadir Rzayevi boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Samir Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

1news.az

Paylaş:
376

Son xəbərlər

Ağdamdakı mərkəz son 2 ildə ermənilərin atəşkəs rejimini 258 dəfə pozması faktını qeydə alıbBu gün, 13:15Bakıda yol qəzası olub, sıxlıq yaranıbBu gün, 13:09Diplomatik xidmətə işə qəbul imtahanının ikinci mərhələsində iştirak edəcək namizədlərin NƏZƏRİNƏBu gün, 12:44Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıbBu gün, 12:33Sabah yağış yağacağı ehtimalı var - PROQNOZBu gün, 12:28“Azərbaycan əhəmiyyətli inkişafa nail olub” - Dünya Bankının nümayəndəsiBu gün, 12:22Naxçıvana gedən avtobus reyslərinin sayı artırılıbBu gün, 12:04Qaradağda 106 min manatlıq noutbuk və kompüter avadanlıqları oğurlandıBu gün, 11:58Hikmət Hacıyev: “Bakı Qarabağ separatçılarına mümkün amnistiyanı nəzərdən keçirir”Bu gün, 11:55İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edibBu gün, 11:54Salyanda “Ford” su kollektoruna düşüb, ölən varBu gün, 11:31Bu il 6 yeni bağça fəaliyyətə başlayıbBu gün, 11:19Sahibə Qafarova Türkiyənin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətini qəbul edibBu gün, 11:09Milli Məclisə yeni “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi daxil olubBu gün, 10:55“Azərxalça” ilə “AZCHEMCO” əməkdaşlığa başlayıbBu gün, 10:41Bakıda məktəbli qız vəfat etdiBu gün, 10:39Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcəkBu gün, 10:37“BMT TŞ-nin iclası Ermənistanın və onun bəzi havadarlarının siyasətlərinin iç üzünü göstərib” - İCMABu gün, 10:30Yekun müsahibədə uğur qazanan hakimliyə namizdələrin adları açıqlanıb - SİYAHIBu gün, 10:19“Veysəloğlu” rəhbərləri gənclərlə biznes təcrübələrini bölüşür-Yeni layihəBu gün, 10:05
Bütün xəbərlər

Next TV