Erməni diversiya qruplarının Daşkəsəndə basdırdığı 452 mina zərərsizləşdirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Erməni diversiya qruplarının Daşkəsəndə basdırdığı 452 mina zərərsizləşdirilib - FOTO

11:37 - 04 / 10 / 2022
Erməni diversiya qruplarının Daşkəsəndə basdırdığı 452 mina zərərsizləşdirilib - FOTO

Daşkəsən rayonu ərazisi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minalardan təmizlənir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, qeyd olunan ərazidə erməni diversiya qruplarının basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd Э-001 М tipli piyada əleyhinə mina mühəndis-istehkamçılarımız tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri qarşı tərəfin minaladığı ərazilərimizin təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir.

Paylaş:
317

Son xəbərlər

Bütün xəbərlər