“WhatsApp” bu telefonlarda işləməyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“WhatsApp” bu telefonlarda işləməyəcək

12:18 - 04 / 10 / 2022
“WhatsApp” bu telefonlarda işləməyəcək

Bu ayın 24-dən etibarən “WhatsApp” bəzi “Apple” smartfonlarını artıq dəstəkləməyəcək.

1news.az xarici KİV-ə istinadən xəbər verir ki, “iOS 10” və “11” əməliyyat sistemli “iPhone” istifadəçiləri vatsapdan proqram təminatının iOS 12 və digər versiyalara yenilənəcəyi üçün bəzi modellərdə artıq vatsapp işləməyəcək.

Əks halda, 24 oktyabr 2022-ci il tarixindən etibarən messencer istifadəçiləri ona girişi itirəcək.

Əlavə məlumat üçün qeyd edək ki, “iPhone 5” və “iPhone 5C” smartfonlarını “iOS 12”-ə yeniləmək mümkün deyil.

Beləliklə, oktyabrın sonundan bu smartfonların sahibləri vatsapdan istifadə edə bilməyəcəklər.

Aynurə Xudaverdiyeva

Paylaş:
276

Son xəbərlər

Bütün xəbərlər