Futbol azarkeşləri üçün Türkiyənin bütün Superliga oyunları daha rahat, keyfiyyətli və əlçatan olacaq! - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Futbol azarkeşləri üçün Türkiyənin bütün Superliga oyunları daha rahat, keyfiyyətli və əlçatan olacaq! - FOTO

15:46 - 05 / 10 / 2022
Futbol azarkeşləri üçün Türkiyənin bütün Superliga oyunları daha rahat, keyfiyyətli və əlçatan olacaq! - FOTO

Bu surpriz fürsəti isə bizə “Digitürk beİN Media Group“ şirkəti ilə Konnekt” QSC yaradır.

Ötən gün həm idman azarkeşləri, həm də müxtəlif film və layihələrin xüsusi izləyiciləri üçün iki şirkət arasında yeni və uğurlu əməkdaşlığa imza atıldı. Türkiyənin böyük “Digitürk beİN Media Group” şirkəti ilə yerli “Konnekt” QSC arasında gerçəkləşən bu əməkdaşlıq rəqəmsal televiziyada izləyicilər üçün geniş seçim imkanı yaradacaq. Hər iki şirkət arasında imzalanan razılaşmaya əsasən, beİn Sports Superlig futbol oyunları, həmçinin Türkiyənin məşhur “Digitürk” platformasında yayımlanan bütün kanallar “Konnekt” QSC vasitəsilə ölkəmizin istənilən nöqtəsində izlənilə biləcək. Sizi qısa da olsa məlumatlandıraq ki, qonağımız olan “Digitürk beİN Media Group” şirkəti ABŞ, Kanada, həmçinin İngiltərə, İspaniya, Fransa, Almaniya, Orta Şərq, Orta Asiya, Afrika ölkələri də daxil olmaqla dünyanın çoxsaylı ölkələrində fəaliyyət göstərir və 6 milyona yaxın izləyici ilə görüşür. Lakin dünyada bu qədər geniş fəaliyyətinə baxmayaraq şirkət, “Konnekt” QSC vasitəsilə azərbaycanlı izləyicilərin qarşısına çıxmasını xüsusi qiymətləndirir. Əlbəttə, Türkiyədə və dünyada rəqəmsal televiziya platformasında öz sözünü deyən belə bir şirkətin “Konnekt” QSC ilə ilk və tək əməkdaşlığı da təsadüfi deyil. Xatırladaq ki, “Konnekt” QSC ölkəmizdə 4K yayımına reallaşdıran ilk şirkət olaraq Nigeriya və Benində də rəqəmsal televiziya keçid prosesini həyata keçirib. Şirkət, həmçinin, Qırğızıstanda kabel operatorunun baş stansiya və şəbəkəsinin qurulmasını təmin edib.

Yeni işbirliyinin bir az da biz izləyicilərin həyatına gətirdiyi yeniliklər haqqında danışaq. “Digitürk-Konnekt TV” HD rəqəmsal yayım paketlərini əldə etməklə biz 150-dən artıq kanal izləyə biləcəyik. Və bu kanallar vasitəsilə çoxlu sayda fərqli, maraqlı, yerli televiziyalarda izləyə bilmədiyimiz film, serial və TV layihələrlə tanış olacağıq. Bu isə izləyici üçün yerli televiziya maştabından çıxaraq, dünyanın dörd bir tərəfində fərqli zövqlərə xitab edən, dünyagörüşünü artıran, geniş və zövqlü seçim imkanı deməkdir. Həmçinin, futbol azarkeşləri bu yayım paketini əldə etməklə Sports Superlig oyunlarının həyəcanını yaşaya biləcəklər. Bundan əlavə, biz daha keyfiyyətli və yüksək standartları qoruyan bir yayım ilə qarşılaşacağıq.

Qeyd edək ki, şirkət tərəfindən müştərilər üçün 3, 6 və 12 aylıq ödəmə paketləri təqdim olunur. Uzunmüddətli əməkdaşlıq edən müştərilər üçün isə xüsusi imkanlar yaradılır.

Azərbaycan və Türkiyə bütün əməkdaşlıqlarında hər zaman “Bir millət, iki dövlət” prinsipini üstün tutur. İndi bu prinsip sözün əsl mənasında rəqəmsal televiziyaya da təsir edəcək. Azərbaycanlı izləyicilər, qardaş ölkənin izləyiciləri ilə eyni platformada, daha da yaxın olacaqlar!

Paylaş:
351

Son xəbərlər

Şamaxıda narkokuryer tutuldu26 / 07 / 2024, 17:48MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək26 / 07 / 2024, 17:40Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib26 / 07 / 2024, 17:27Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub26 / 07 / 2024, 17:24AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı26 / 07 / 2024, 17:08Aİ Şurası Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib26 / 07 / 2024, 17:05PAŞA Holding-in törəmə şirkətlərindən olan PAŞA Sığorta “İnklüzivlik ayı” adı altında sosial layihə həyata keçirib - FOTO26 / 07 / 2024, 17:00Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb26 / 07 / 2024, 16:49Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında saziş təsdiqləndi26 / 07 / 2024, 16:41Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur - FOTO26 / 07 / 2024, 16:37Şimşək, yağış, 33 dərəcə isti - Faktiki hava26 / 07 / 2024, 16:29Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib26 / 07 / 2024, 16:23İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib26 / 07 / 2024, 16:15Milli Hidrometeorologiya Xidməti gözlənilən güclü küləkli hava şəraiti və sel təhlükəsi ilə bağlı çağırış edib26 / 07 / 2024, 16:01Qatarlara minik asanlaşdı: artıq elektron şəxsiyyət vəsiqəsi də keçərlidir26 / 07 / 2024, 15:53Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb26 / 07 / 2024, 15:45Təqaüdündən yığdığı 6600 manatla tur paketi aldı, aldadıldı - Şirkət və DİN-dən reaksiya26 / 07 / 2024, 14:38SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi26 / 07 / 2024, 14:35Mərkəzi Bank “Naxçıvanbank”da hesabı olanlara müraciət etdi26 / 07 / 2024, 14:29Qaxda Kürmükçaydan sel keçir26 / 07 / 2024, 14:26
Bütün xəbərlər