“Neftçi”nin veteran futbolçusunun yubileyi qeyd edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Neftçi”nin veteran futbolçusunun yubileyi qeyd edilib - FOTO

09:21 - 05 / 10 / 2022
“Neftçi”nin veteran futbolçusunun yubileyi qeyd edilib - FOTO

Neftçi” PFK-nın prezidenti Kamran Quliyev klubun veteran futbolçusu Adil Hüseynovu 70 illik yubileyi münasibətilə təbrik edib.

Yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.

Veteran futbolçu 1952-ci il oktyabrın 2-si Bakı şəhərində anadan olub. Uşaq yaşlarından futbola böyük həvəsi olan Adil Hüseynov 7 yaşından "Neftçi"nin hazırlıq qrupunda futbolunun sirrlərini öyrənib. “Neftçi”nin sabiq futbolçusu Adil Hüseynov əfsanəvi 70-cı illər nəslinin nümayəndələrindəndir. O, futbolçu karyerası ərzində yarımmüdafiəçi mövqeyində çıxış edib.

Hazırda Azərbaycan Respublikası Ticarət və Sənaye palatasının vitse-prezidenti vəzifəsində çalışan, Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru olan sabiq futbolçu 1973-1979-cu illərdə Bakının əfsanəvi "Neftçi" və Naxçıvanın "Araz" klublarında çıxış edib.

Paylaş:
436

Son xəbərlər

Bütün xəbərlər