“İdeyanı reallaşdır 2022” müsabiqəsinin nəticələri elan olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

“İdeyanı reallaşdır 2022” müsabiqəsinin nəticələri elan olundu

23:24 - 05 / 10 / 2022
“İdeyanı reallaşdır 2022” müsabiqəsinin nəticələri elan olundu

Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə 7-27 iyul 2022-ci il tarixlərində keçirdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibləri müəyyən edildi.

Layihə qəbulu müddətində daxil olan layihə təkliflərinin qiymətləndirilməsi həyata keçirilərək “VətənimİZ”, “İnnovativ Gənclik”, “Gəncdən Gəncə”, “Gənc İstedad”, “Gənclər Məkanı”, “Gənc Lider”, “Azərbaycan Könüllüsü” və “Tələbə Təşəbbüsü” qrant istiqamətləri üzrə 178 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul olundu.

Müsabiqə qaliblərinin siyahısı ilə keçid vasitəsilə tanış ola bilərsiniz.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarını rəhbər tutaraq, Gənclər Fondu bu günə qədər gənclər və gənclər təşkilatlarının 5 minə yaxın layihəsini maliyyələşdirib, paytaxtda və regionlarda yaşayan gənclərin hərtərəfli inkişafı ilə bağlı silsilə proqramlar həyata keçirib. Ötən 10 il ərzində 500 mindən çox gənc Fond tərəfindən dəstəklənən layihələrdən bilavasitə yararlana bilib.

Paylaş:
148

Son xəbərlər

Xəzər dənizinin sahilində 700-ə yaxın ölü suiti tapılıb03 / 12 / 2022, 18:11Sabunçuda ikimərtəbəli evdə yanğın olub03 / 12 / 2022, 17:47Daşkəsəndə avtomobillər toqquşub, müəllim ölüb03 / 12 / 2022, 17:28Son 30 ildə Ermənistanın mina terrorundan zərər çəkən azərbaycanlıların sayı açıqlanıb03 / 12 / 2022, 17:11Görmə məhdudiyyətli insanlar üçün avtobuslarda dayanacaq adlarının səsləndirilməsinə başlanıb - VİDEO03 / 12 / 2022, 16:54Bakıda anadan olan Rusiya yazıçısı koronavirusdan vəfat edib03 / 12 / 2022, 16:52Qəbələdə dağlıq-meşəlik ərazidə itkin düşən şəxs 4 gün əvvəl gəzmək adı ilə evdən çıxıb - FOTO - YENİLƏNİB03 / 12 / 2022, 16:37Fövqəladə hallarda davranış qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirilib03 / 12 / 2022, 16:17Bakı sakini istintaq təcridxanasında saxlanılan qohumuna narkotik keçirmək istəyib03 / 12 / 2022, 15:58Görkəmli şəxsiyyətlərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə komissiyanın tərkibi genişləndirilib03 / 12 / 2022, 15:21Dövlət qurumları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə ekoloji araşdırma aparmaq üçün mütəxəssislər göndərib03 / 12 / 2022, 15:05Sabirabadda yük avtomobili yanıb - FOTO - VİDEO03 / 12 / 2022, 14:48Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb03 / 12 / 2022, 14:30Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib03 / 12 / 2022, 14:20Gəncədə toy karvanında avtoxuliqanlıq edən şəxslər saxlanılıb - FOTO03 / 12 / 2022, 14:00Sumqayıda 15 gündə 3 cinayətkar dəstə üzvü tutulub03 / 12 / 2022, 13:38Yasamalda evdən meyit tapılıb03 / 12 / 2022, 13:35Gəncə sakinində silah-sursat aşkarlanıb - FOTO03 / 12 / 2022, 13:14Şəxsi avtomobildən ictimai nəqliyyata keçməyə hazırıq? - Bakının tıxac probleminin həlli yolları - ŞƏRH03 / 12 / 2022, 13:10Xırdalanda çoxmərtəbəli yaşayış binasında partlayış olub - FOTO - VİDEO03 / 12 / 2022, 12:46
Bütün xəbərlər

Next TV