Binəqədidə restorandan 35 min manatlıq oğurluq olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə restorandan 35 min manatlıq oğurluq olub

11:29 - 05 / 10 / 2022
Binəqədidə restorandan 35 min manatlıq oğurluq olub

Bakıda restorandan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən, fəaliyyət göstərməyən bir restorandan 35.000 manat dəyərində 2 ədəd kondisioner, 32 ədəd qapı, 33 ədəd pəncərə, xalça və elektrik naqili oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri Mənsur Bədirov və Mübariz Əmiraslanov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

1news.az

Paylaş:
198

Son xəbərlər

Bütün xəbərlər