Şuşalı şəhidimiz Bəxtiyar Quliyevin anası Şuşa şəhərini ziyarət etdi -FOTOLAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşalı şəhidimiz Bəxtiyar Quliyevin anası Şuşa şəhərini ziyarət etdi -FOTOLAR

14:22 - 06 / 10 / 2022
Şuşalı şəhidimiz Bəxtiyar Quliyevin anası Şuşa şəhərini ziyarət etdi -FOTOLAR

Şuşalı şəhid Bəxtiyar Quliyevin anası Nadejda Alekseyevna Toloknova (Quliyeva) Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə müraciəti əsasında Şuşa şəhərini ziyarət edib.

1news.az xəbər verir ki, Nadejda Alekseyevna Toloknova 1953-cü ildə Rusiyada anadan olub, 1969-cu ildə Sabir Quliyevlə evlənərək Şuşaya köçüb, onların 4 övladı dünyaya gəlib və Hacı Yusifli məhəlləsində yerləşən evlərində 1992-ci ilin may ayının 8-nə kimi yaşayıblar:

“Hazırda Nadejda xanımın evi və anası Vera Stepanovnanın Toloknova Şuşada olan qəbri erməni vandalizminə məruz qalaraq dağıdılıb. Quliyevlər ailəsi Şuşa işğala məruz qalandan sonra Bakı şəhərinə köçüblər.

Böyük övladı Bəxtiyar Quliyev 1994-cü ildə könüllü olaraq Vətənin müdafiəsinə qalxıb, Ağdam rayonu ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin müşayiəti ilə şəhidimizin ailəsi öz evlərini, İsa bulağını və digər məkanları ziyarət ediblər”.

Paylaş:
454

Son xəbərlər

Bütün xəbərlər