Paytaxtın fasiləsiz enerji ilə təchizatını ciddi təhlükə altına qoyanlar saxlanıldılar - FOTO- VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtın fasiləsiz enerji ilə təchizatını ciddi təhlükə altına qoyanlar saxlanıldılar - FOTO- VİDEO

17:12 - 06 / 10 / 2022
Paytaxtın fasiləsiz enerji ilə təchizatını ciddi təhlükə altına qoyanlar saxlanıldılar - FOTO- VİDEO

Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron yarımadasını elektrik enerjisi ilə təchiz edən yüksək gərginlikli strateji əhəmiyyətli hava xətlərinin metal dayaqları müxtəlif vaxtlarda naməlum şəxslər tərəfindən oğurlanıb.

1news.az bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Abşeron rayonu ərazisində baş verən oğurluq paytaxtın enerji təminatını təhlükə altına atıb.

Hadisə ilə bağlı dərhal Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Bahadur Zahidov və qardaşı Əfrail saxlanılaraq istintaqa təqdim ediliblər. Bu şəxslər elektrik dirəklərinin hissələrini oğurlayaraq Binəqədi rayonunda yerləşən metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər.

Əməliyyat tədbirlərinin davamı olaraq oğurluq olduqlarını bilə-bilə həmin metal hissələri alan məntəqə sahibləri Murad Bəhramov və qardaşı Sülhəddin də saxlanılaraq Polis Bölməsinə gətiriliblər. Bu şəxslərə məxsus obyektə baxış zamanı oğurlanan elektrik dirəklərinin metal hissələri aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətraflarında əməliyyat-istintaq tədbirləri davam etdirilir.​

1news.az

Paylaş:
286

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər