Azərbaycan Ordusunun hərbçisi vəfat etdi

Azərbaycan Ordusunun hərbçisi ürək çatışmazlığından dünyasını dəyişib.
1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Qeyd olunub ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Quliyev Vahid Əlifağa oğlu bu gün səhər saatlarında kəskin ürək-damar çatışmazlığı nəticəsində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
1news.az
239