Bakı metropoliteni ötən ay 18 milyondan çox sərnişin daşıyıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metropoliteni ötən ay 18 milyondan çox sərnişin daşıyıb

15:58 - 07 / 10 / 2022
Bakı metropoliteni ötən ay 18 milyondan çox sərnişin daşıyıb

Sentyabr ayı ərzində Bakı metropoliteni 18 milyon 336 min 117 sərnişin daşıyıb.

Bu barədə 1news.az-a Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hər gün orta hesabla 611 min 204 sərnişin metrodan istifadə edib. Yeni tədris mövsümünün başlanması və fəal istirahət dövrünün başa çatması ilə əlaqədar sentyabr ayının 15-dən Bakı metropolitenindən istifadə edən sərnişinlərin sayında əvvəlcədən proqnozlaşdırılan artım müşahidə olunub.

"Ümumən müqayisəli qeyd etsək, sentyabrın 15-dən sonra 12 iş günü ərzində metropoliten orta hesabla hər gün 749 min 11 sərnişin daşıyıb. 12 gün ərzində daşınan sərnişinlərin sayı ayın qalan günləri daşınanların 49.02 faizini təşkil edib", - B.Məmmədov qeyd edib.

1news.az

Paylaş:
660

Son xəbərlər

Bütün xəbərlər