Xaricdə təhsil alan 62 nəfərin diplomu tanınmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaricdə təhsil alan 62 nəfərin diplomu tanınmayıb

10:34 - 07 / 10 / 2022
Xaricdə təhsil alan 62 nəfərin diplomu tanınmayıb

Sentyabr ayı üzrə 310 müraciətçinin 248-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən 1news.az-a verilən xəbərə görə, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 27, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 13, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 11, digər səbəblər üzrə 11 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər