Bakıda qəsəbə komandaları arasında futbol turnirinə start verilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qəsəbə komandaları arasında futbol turnirinə start verilib - FOTO

17:18 - 10 / 10 / 2022
Bakıda qəsəbə komandaları arasında futbol turnirinə start verilib - FOTO

Bakı Abadlıq Xidməti, Gənclər və İdman Nazirliyi və AFFA-nın təşkilatçılığı ilə Bakıda qəsəbə komandaları arasında futbol turnirinə start verilib.

1news.az xəbər verir ki, turnirdə qəsəbələrin yerləşdiyi ərazi üzrə 8 qrupa bölünən 11-12 yaşlı 32 uşaq komandası iştirak edir. Komandalar paytaxtın Suraxanı, Xəzər, Sabunçu, Abşeron, Binəqədi, Nizami və Xətai rayonlarını təmsil edir.
Turnirin keçirilməsində əsas məqsəd futbolun inkişafına nail olmaq, sağlam həyat tərzini təbliğ etmək və istedadlı futbolçuları üzə çıxarmaqdır. Turnirin vəzifələrindən biri də bu idman növündə kütləviliyə nail olmaqdır.
Turnirdə 2010-2011-ci il təvəllüdlü 350-dən çox uşaq iştirak edir.

Oktyabrın 8-də turnirin açılış mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev, Bakı Abadlıq Xidmətinin rəhbəri Bünyad Qasımov, Milli Məclisin deputatı, AFFA-nın vitse-prezidenti Rauf Əliyev iştirak ediblər. Onlar turnir iştirakçılarına uğurlar arzulayıblar.

Açılış mərasimində həmçinin “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov, millimizin futbolçuları Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Elvin Camalov, Azər Salahlı iştirak ediblər.

Qeyd edək ki, turnirin yarımfinal və final görüşləri Bakı Tennis Akademiyasında keçiriləcək.

Paylaş:
999

Son xəbərlər

Bütün xəbərlər