Beyləqanda məktəbli qızın qaçırılmasına görə cinayət işi açılıb

Beyləqanda məktəblinin qaçırılması faktı ilə bağlı cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Beyləqan rayonu Qaralılar kəndindən qaçırılan 14 yaşlı məktəbli qızın qaçırılması faktı ilə bağlı Beyləqan rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə (Adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) cinayət işi başlanılıb.
Qeyd edək ki, oktyabrın 8-də Rayon polis şöbəsi əməkdaşların həyata keçirdiyi müvafiq tədbirlərlə məktəblini qaçıran avtomobil saxlanılıb.
1news.az
225