Bakının Məsud Əlizadə küçəsi təmir edilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının Məsud Əlizadə küçəsi təmir edilir - FOTO

17:15 - 11 / 10 / 2022
Bakının Məsud Əlizadə küçəsi təmir edilir - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Məsud Əlizadə küçəsini təmir edir.

1news.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, uzunluğu 1 620 metr olan adıçəkilən küçənin təmiri çərçivəsində küçəboyu frezlənmə, piyada səkilərinin bərpası işləri davam edir, səki və bordür daşları yenilənir.

Daha sonra zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılacaq, əks-dolğu işlərinin icrası ilə küçə profilə salınacaq, yeni asfalt-beton örtüyü döşənəcək.

Sonda isə üfüqi nişanlanma xətləri çəkiləcək, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xəttlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılacaq.

2022-ci ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edir.

Paylaş:
709

Son xəbərlər

Bütün xəbərlər