MN: “Daşkəsən istiqamətində mövqelərimiz yenidən atəşə tutulub” | 1news.az | Xəbərlər
Cəmiyyət

MN: “Daşkəsən istiqamətində mövqelərimiz yenidən atəşə tutulub”

09:44 - 11 / 10 / 2022
MN: “Daşkəsən istiqamətində mövqelərimiz yenidən atəşə tutulub”

Oktyabrın 10-u saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

1news.az

Paylaş:
301

Son xəbərlər

Bütün xəbərlər