Yerli reklam agentliyi beynəlxalq festivalda “İlin agentliyi” seçilib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yerli reklam agentliyi beynəlxalq festivalda “İlin agentliyi” seçilib - FOTO - VİDEO

10:37 - 11 / 10 / 2022
Yerli reklam agentliyi beynəlxalq festivalda “İlin agentliyi” seçilib - FOTO - VİDEO

Azərbaycanı təmsil edən “Endorphin” reklam agentliyi 1-2 oktyabrda baş tutan və Mərkəzi Asiyanın ən böyük kommunikasiya festivalı sayılan “Red Jolbors”da 9 mükafat qazanıb.

Nəzərinizə çatdıraq ki, bu festival hər il təşkil olunaraq marketinq, kreativ, reklam, media, PR agentliklərini, eləcə də çəkiliş, dizayn və bu kimi sahələr üzrə ixtisaslaşmış şəxsləri bir müstəvidə toplayır. 11-ci dəfə keçirilən festivala bu il 367 müraciət daxil olub.

2014-cü ildən reklam sahəsində ad qoyan və Azərbaycanın ən çox mükafat qazanan reklam agentliyi — “Endorphin” bu festivalda həm də “İlin agentliyi” mükafatına da layiq görülüb. Qeyd edək ki, bu nominasiya ölkəmiz üçün bir ilkdir.

Agentlik Azərbaycanı festivalda 2 böyük və uğurlu işlə təmsil edib: “Kontakt: Yadplanetlilər tərəfindən qaçırılmış Salman dayının hekayəsi” və “Narıncı forma”.

“Kontakt Home” və “Samsung Azərbaycan”ın tərəfdaşlığı ilə ərsəyə gələn ilk iş “Marketing – Excellence in Marketing Strategy” və “Film – OLV (Online Video)” kateqoriyaları üzrə 2 qızıl, “Marketing – Branded Content & Entertainment” kateqoriyası üzrə 1 gümüş, “SMM & Digital – Brand Integration and Product Placement” və “Campaigns – Excellence in Campaign Strategy” kateqoriyaları üzrə 2 bürünc mükafat qazanıb. Digər — “Campaigns – SMM and Digital campaign” və “SMM & Digital – Special project” kateqoriyaları üzrə isə şortlistə daxil olmağı bacarıb.

BMT-nin Azərbaycandakı Nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Narıncı forma” layihəsi isə “Campaigns – PR campaign”, “Media – Excellence in Media Strategy” və “PR – Celebrity Endorsement and Influencer activation” kateqoriyaları üzrə 3 gümüş, “PR – Reputation & behavioral communication” kateqoriyası üzrə 1 bürünc mükafata layiq görülüb, “SMM & Digital – Influencer activation” kateqoriyası üzrə isə şortlistə daxil olub.

“Endorphin” reklam agentliyi festivalda ümumilikdə 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazanaraq öz rekordunu yeniləyib.

Reklam hüququnda

Paylaş:
902

Son xəbərlər

Bütün xəbərlər