Masallıda xilasetmə ilə bağlı təlim keçirilib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda xilasetmə ilə bağlı təlim keçirilib - FOTO - VİDEO

12:44 - 11 / 10 / 2022
Masallıda xilasetmə ilə bağlı təlim keçirilib - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə dəstəsi ilə birgə “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib.

1news.az-ın FHN-in saytına istinadən xəbərinə görə, təlim xilasetmə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və zərərçəkmişlərin xilas edilməsi üzrə əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə keçirilib.

Təlim zamanı xilasedicilər şərti qəza baş vermiş “hündürmərtəbəli bina”da əməliyyat şəraitinə uyğun operativ kəşfiyyat işləri apararaq aşkar olunmuş “zərərçəkmişləri” xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə etməklə təxliyə edib, onlara “təxirəsalınmaz ilkin tibbi yardım göstərib”, həmçinin qarşıya qoyulmuş digər tapşırıqları uğurla icra ediblər.

Yekunda təlimin nəticələri müzakir olunub, müvafiq tapşırıqlar verilib.

1news.az

Paylaş:
554

Son xəbərlər

Bütün xəbərlər