Laçında tank mərmisi və əl qumbaraları aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçında tank mərmisi və əl qumbaraları aşkarlanıb

09:11 - 12 / 10 / 2022
Laçında tank mərmisi və əl qumbaraları aşkarlanıb

Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı silah-sursat aşkarlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zerti kəndi ərazisində tapılan 1 ədəd tank mərmisi, 2 ədəd əl qumbarası və 379 ədəd patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
419

Son xəbərlər

Bütün xəbərlər