Bakıda sürət qatarı adam öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda sürət qatarı adam öldürüb

1news Redaksiyası09:21 - 12 / 10 / 2022
Bakıda sürət qatarı adam öldürüb

Bakıda sürət qatarı adamı vuraraq öldürüb.

1news.az xəbər verir ki, hadisə Keşlə dəmir yolu stansiyasında qeydə alınıb.

Maşinist Mahir Ağayev və maşinist köməkçisi Pirverdi Həbibovun idarə etdiyi, Sərnişin Daşıma Departamentinə məxsus "Stadler- EŞ- 019" saylı Biləcəri- Keşlə-Bakı istiqamətində hərəkət edən sürətli elektrik sərnişin qatarı dəmiryolunu keçən Araz Məmmədovu vurub. Araz Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
681

Son xəbərlər

Bütün xəbərlər