Marketdən xeyriyyə qutusu oğurlayan şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Marketdən xeyriyyə qutusu oğurlayan şəxs saxlanıldı

10:53 - 12 / 10 / 2022
Marketdən xeyriyyə qutusu oğurlayan şəxs saxlanıldı

Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə Mərdəkan qəsəbəsi ərazisində yerləşən marketlərin birinin girişindən içərisində 400 manat pul olan xeyriyyə qutusunun oğurlanması barədə müraciət daxil olub.

DİN-dən 1news.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Zakir Əliyev müəyyən olunaraq saxlanılıb.

Paylaş:
242

Son xəbərlər

Bütün xəbərlər