Fiziki işgəncələrə məruz qalan uşaqlar - “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Fiziki işgəncələrə məruz qalan uşaqlar - “Çıxışa doğru”da MÜZAKİRƏ

00:10 - 12 / 10 / 2022
Fiziki işgəncələrə məruz qalan uşaqlar - “Çıxışa doğru”da MÜZAKİRƏ

Uşaqlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O nə coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmayıb.

Azərbaycan cəmiyyətində uşağa, qadına və ahıla hörmət təməl dəyərlərdən olub, xalqımızın əxlaqının, dini etiqadının və mentalitetinin dərin qatlarına söykənir. Uşaqlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanıb. Cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə dövlət və qeyri-hökumət təşkilatlarının bu sahədə həyata keçirdiyi tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, uşaqlara qarşı zorakılıq Azərbaycanda da hələ mövcuddur...

1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Fiziki işgəncələrə məruz qalan uşaqlar" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Sara Ağayeva - Sosial Xidmətlər Agentliyinin əməkdaşı, Mehriban Zeynalova - "Təmiz Dünya" qadınlara yardım ictimai birliyinin rəhbəri, Aynur Məmmədova - Zorakılığa məruz qalmış uşaq və gənclər üçün sosial reabilitasiya mərkəzinin psixoloqu və Elvin Əliyev - vəkil, mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
483

Son xəbərlər

Bütün xəbərlər