AYB-nin qurultayının keçiriləcəyi yer və vaxt açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

AYB-nin qurultayının keçiriləcəyi yer və vaxt açıqlanıb

15:25 - 13 / 10 / 2022
AYB-nin qurultayının keçiriləcəyi yer və vaxt açıqlanıb

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı 26 oktyabr saat 10-da öz işinə başlayacaq.

Bu barədə 1news.az AYB-nin saytına istinadən xəbər verir.

Qeyd edilib ki, qurultay Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək. Azərbaycan Yazıçılar Birliyinin dəvətilə Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edəcək. 26 oktyabr saat 9-da Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin və Azərbaycan yazıçılarının məzarı, daha sonra Şəhidlər Xiyabanı ziyarət ediləcək. Qurultay nümayəndlərinin siyahısı “Ədəbiyyat qəzeti”nin 22 oktyabr tarixli buraxılışında nəşr ediləcək.

1news.az

Paylaş:
389

Son xəbərlər

Bütün xəbərlər