Sabunçuda qadın sevgilisi tərəfindən bıçaqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda qadın sevgilisi tərəfindən bıçaqlandı

09:22 - 14 / 10 / 2022
Sabunçuda qadın sevgilisi tərəfindən bıçaqlandı

Bakının Sabunçu rayonunda qadın bıçaqlanıb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, Şamil Kamilov küçəsində 1984-cü il təvəllüdlü Əliyeva Vüsalə Əliqulu qızı sevgilisi ilə mübahisə edib.

Mübahisə zamanı kişi onun bədəninin müxtəlif nahiyyələrinə 8 bıçaq zərbəsi vurub.

Yaralı 3 saylı kliniki xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb.

Paylaş:
442

Son xəbərlər

Bütün xəbərlər