Tanışını qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Tanışını qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

13:35 - 15 / 10 / 2022
Tanışını qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

Oktyabrın 14-ü saat 03 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Vüsalə Əliyevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1991-ci il təvəllüdlü Tərlan Qafarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Vüsalə Əliyevaya bıçaqla 12 xəsarət yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Tərlan Qafarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İş üzrə istintaq davam edir.

1news.az

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər