Polşa Gənc Demokratlar Partiyasının təmsilçisi: “İnsanları bu cür öldürən erməni əsgərlərin qəddarlığı göstərilməlidir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Polşa Gənc Demokratlar Partiyasının təmsilçisi: “İnsanları bu cür öldürən erməni əsgərlərin qəddarlığı göstərilməlidir”

14:43 - 15 / 10 / 2022
Polşa Gənc Demokratlar Partiyasının təmsilçisi: “İnsanları bu cür öldürən erməni əsgərlərin qəddarlığı göstərilməlidir”

"Mən gördüklərimdən çox təsirləndim və burada baş verənlərə kədərlənirəm. Bütün bu dəfn edilmiş cəsədləri görmək və bu, sözlə təsvir edə bilməyəcəyimiz faciədir".

1news.az xəbər verir ki, bunu bu gün Xocavənd rayonunun Edilli kəndindəki kütləvi məzarlığa səfər edən Polşanın ikinci ən böyük partiyası Gənc Demokratlar Partiyasının gənclər qanadının təmsilçisi Adrian Pexota deyib.

O bidirib ki, eşitdiyinə görə o adamlar diri-diri basdırılıb: "Bu, beynəlxalq hüquqa ziddir, Cenevrə Konvensiyasına ziddir. Bu bir daha təkrarlanmamalı olan bir faciədir və mən həqiqətən də bu cür təcrübələrin əleyhinəyəm. Burada 30 il əvvəl belə hadisələrin baş verdiyini görəndə həqiqətən ürəyim ağrıyır, bu mənim üçün ağrılı bir şeydir və inanıram ki, azərbaycanlılar üçün həqiqətən də bu ağrı hələ də təzədir, aktualdır. Həqiqətən onlar üçün çox kədərlənirəm".

"Polşada ermənilərin bəzi təbliğat xarakterli hərəkətləri var ki, bu da çox pisdir və hesab edirəm ki, biz reallığı söyləməli və göstərməliyik. Həqiqətən də mühazirələr də daxil olmaqla tədbirlər görməyi planlaşdırıram, geri qayıdanda Universitetimizdə mühazirə oxumağı planlaşdırıram. Burada baş verənlərin fotolarını göstərməyi və burada öz gözlərimlə gördüklərimi danışmağı planlaşdırıram. Ermənistanın aldadıcı təbliğatına son qoyulmalı və Polşada insanlara müharibə reallığını, bayaq dediyim kimi hər hansı qanuna zidd olaraq insanları bu cür öldürən erməni əsgərlərin qəddarlığı göstərilməlidir", - deyə Adrian Pexota əlavə edib.

1news.az

Paylaş:
547

Son xəbərlər

Bütün xəbərlər