Sevgilisini və tanımadığı qadını bıçaqlayan şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sevgilisini və tanımadığı qadını bıçaqlayan şəxs saxlanıldı

09:55 - 17 / 10 / 2022
Sevgilisini və tanımadığı qadını bıçaqlayan şəxs saxlanıldı

Ötən gün Gəncədə baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

1news.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis bölməsinə şəhər sakini 1993-cü il təvəllüdlü Gülnarə İsmayılovanın baş və sol bilək nahiyələrinin kəsilmiş-deşilmiş və 2002-ci Pərvanə İsmayılovanın isə bilək nahiyəsindən kəsilmiş yaraları alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan şəxlərə xəsarət yetirməkdə şübhəli bilinən, 1981-ci il tədbirləri Vüsal Rzayev saxlanılıb:

"Araşdırmalar zamanı məlum olub, şübhəli şəxs qeyri-rəsmi yaşadığı G.İsmayılova ilə şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncuya bıçaqla xəsarət yetirib, bu zaman onları aralamaq istəyən P. İsmayılova da xəsarət alıb".

Paylaş:
250

Son xəbərlər

Bütün xəbərlər