Azərbaycanda yanvar-avqust aylarında doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda yanvar-avqust aylarında doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlanıb

11:22 - 17 / 10 / 2022
Azərbaycanda yanvar-avqust aylarında doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlanıb

Azərbaycanda yanvar-avqust aylarında 2310 əkiz, 105 üçəm, 4 dördəm doğulub.

Dövlət Statistika Komitəsindən 1news.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 83010 doğulan körpə qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0-dan 12,4-ə qədər artıb.

Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,9 faiz, qızların xüsusi çəkisi isə 47,1 faiz olub.

1news.az

Paylaş:
364

Son xəbərlər

Bütün xəbərlər