İbrahim Kalın: “Ermənistanla münasibətlərin normallaşmasında müsbət irəliləyiş var” | 1news.az | Xəbərlər
Cəmiyyət

İbrahim Kalın: “Ermənistanla münasibətlərin normallaşmasında müsbət irəliləyiş var”

Qafar Ağayev15:28 - 18 / 10 / 2022
İbrahim Kalın: “Ermənistanla münasibətlərin normallaşmasında müsbət irəliləyiş var”

Ermənistanla münasibətlərin normallaşması prosesində müsbət irəliləyiş var.

1news.az xəbər verir ki, məlumatına görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bu gün "A Haber”ə müsahibəsində bildirib.

O qeyd edib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesində yeni addımların atılacağına inanır.

"Erməni diasporu bu prosesə dəstək olmalıdır. Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması ən çox Ermənistanın xeyrinə olacaq", - deyə İ.Kalın bildirib.

Paylaş:
533

Son xəbərlər

Bütün xəbərlər