Quba, Ağcabədi və Ağdamda təbiətə 39 min manata yaxın ziyan vurulub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Quba, Ağcabədi və Ağdamda təbiətə 39 min manata yaxın ziyan vurulub - FOTO

Qafar Ağayev11:17 - 18 / 10 / 2022
Quba, Ağcabədi və Ağdamda təbiətə 39 min manata yaxın ziyan vurulub - FOTO

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba, Ağcabədi, Ağdam rayonları ərazisində ağacların qanunsuz kəsildiyi, zədələndiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov 1news.az-a bildirib ki, araşdırma zamanı təbiətə ümumilikdə 38970 manat məbləğində ziyan dəydiyi məlum olub.

“Faktlarla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Paylaş:
532

Son xəbərlər

Bütün xəbərlər