Quba sakinindən qanunsuz silah götürüldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Quba sakinindən qanunsuz silah götürüldü

17:03 - 19 / 10 / 2022
Quba sakinindən qanunsuz silah götürüldü

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

Bununla bağlı DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan 1news.az-a məlumat verilib.

Bildirilib ki, RPŞ-nin Təhqiqat bölməsində aparılan araşdırmalar zamanı rayonun İspik kənd sakini Mütəllim Qasımovda bir ədəd müvafiq sənədləri olmayan ov tüfənginin olması müəyyən edilib və götürülüb.

1news.az

Paylaş:
281

Son xəbərlər

Bütün xəbərlər