TDT-nin müsəlman dini liderləri Yuxarı Gövhər Ağa məscidində birgə namaz qılıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

TDT-nin müsəlman dini liderləri Yuxarı Gövhər Ağa məscidində birgə namaz qılıblar

14:11 - 20 / 10 / 2022
TDT-nin müsəlman dini liderləri Yuxarı Gövhər Ağa məscidində birgə namaz qılıblar

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderləri Şuşadakı Yuxarı Gövhər Ağa məscidində birgə namaz qılıblar.

1news.az-ın Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, onlar şəhidlərimizin ruhuna, eləcə də əbədi sülh və əmin-amanlıq naminə dualar oxuyublar.

Nümayəndə heyəti məsciddə Heydər Əliyev Fondu tərəfindən aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar. Onlara görülən işlər barədə ətraflı məlumat verilib.

1news.az

Paylaş:
436

Son xəbərlər

Bütün xəbərlər