Dövlət Xidmətindən su filtrləri almaq istəyənlərə TÖVSİYƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Xidmətindən su filtrləri almaq istəyənlərə TÖVSİYƏ

Qafar Ağayev17:41 - 20 / 10 / 2022
Dövlət Xidmətindən su filtrləri almaq istəyənlərə TÖVSİYƏ

Son vaxtlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə su filtrlərinin səyyar satışını həyata keçirən şirkətlərlə bağlı daxil olan istehlakçı müraciətlərinin sayı artıb.

Bu barədə 1news.az-a qurumdan bildirilib.

Dövlət Xidməti bəyan edib ki, kütləvi informasiya vasitələrində də su filtrlərinin satışı ilə məşğul olan subyektlərlə bağlı müxləlif fikirlər səsləndirilir.

"Su filtrləri ilə bağlı müraciətlər əsasən Bakıətrafı qəsəbələr və regionlardan daxil olur, bu zaman təhrif edilmiş informasiyalarla istehlakçıların aldadılması hallarına rast gəlinir.

İstehlakçılar məhsulu istənilən satış nöqtəsindən, ticarət obyektindən və ya səyyar qaydada əldə edə bilərlər. Səyyar qaydada adətən, istehlakçılara konkret məhsul təklif edilir ki, belə olan halda, istehlakçının müqayisəli şəkildə uyğun qiymətə və uyğun keyfiyyətdə məhsulu əldə etmək imkanı məhdudlaşır.

Dövlət Xidməti istehlakçılara su filtri alan zaman müxtəlif bazar subyektlərinin təklif etdiyi qiymətləri müqayisə etməyi, şişirdilmiş qiymətlərlə su filtri satan şirkətlərin reklamlarına aldanmamağı, alqı-satqı prosesində ödəniş sənədlərini tələb etməyi, şirkət tərəfindən təqdim olunmuş müqaviləni diqqətlə oxumağı tövsiyə edir.

2021-ci ildə su filtrlərinin satışını həyata keçirən şirkətlərlə bağlı Dövlət Xidmətinə 1 istehlakçı müraciəti daxil olduğu halda, bu ilin yanvar-sentyabr ayları ərzində bu istiqamətdə 35 müraciət qeydə alınıb və həlli üçün müvafiq tədbirlər görülüb.

İstehlakçılar mənfi hallarla üzləşdikdə Dövlət Xidmətinə qaynar xətt (195-1) vasitəsilə və yaxud elektron qaydada (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) müraciət edə bilərlər", - qurum bəyan edib.

Paylaş:
352

Son xəbərlər

Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHIBu gün, 10:03“Made in Thunder”. Maserati sərgisi Trident-in yeni elektrik dövrünü açır və dünyaya GranCabrio Folgore-u təqdim edir – FOTOBu gün, 09:58AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayınBu gün, 09:44AMB 17 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 09:35Azərbaycan neftinin qiyməti 84 dolları ötübBu gün, 09:27Televiziya rejissoru vəfat edibBu gün, 09:20Bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 09:16Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb16 / 05 / 2024, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO16 / 05 / 2024, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib16 / 05 / 2024, 16:04
Bütün xəbərlər