Ölkədə bu qədər narkoman var

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 66531 nəfər istiqamətləndirilib.
Bu barədə 1news.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2456 nəfərdən 1773-ü isə istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
1news.az
446