Ağstafada azyaşlı ilə sərhəddən qanunsuz keçmək istəyən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağstafada azyaşlı ilə sərhəddən qanunsuz keçmək istəyən şəxs saxlanılıb

10:54 - 20 / 10 / 2022
Ağstafada azyaşlı ilə sərhəddən qanunsuz keçmək istəyən şəxs saxlanılıb

Oktyabr ayının 20-də saat 01:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Gürcüstan Respublikasından Azərbaycan Respublikası istiqamətində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.

Dövlət Sərhəd Xidmətindən 1news.az-a verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb və dövlət sərhədini pozmuş 1-i azyaşlı olmaqla, 2 nəfər Azərbaycan vətəndaşları saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxslərin Ağstafa rayonu Poylu Kənd sakini 2003-cü il təvəllüdlü Mirzəyev Aqid Murad oğlu və Yevlax şəhər sakini 2018-ci il təvəllüdlü Bukavadze Şahin Roman oğlu olduğu məlum olunub.

Fakt üzrə araşdırma tədbirləri dаvаm еtdirilir.

Paylaş:
247

Son xəbərlər

Bütün xəbərlər