Balakəndə əcnəbi vətəndaş öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Balakəndə əcnəbi vətəndaş öldü

17:18 - 21 / 10 / 2022
Balakəndə əcnəbi vətəndaş öldü

Azərbaycan-Gürcüstan sərhədinin Balakən rayonu ərazisində, Mazımçay Gömrük postunda ölüm hadisəsi baş verib.

1news.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 11 radələrində qeydə alınıb. Gürcüstandan Azərbaycan ərazisinə idarə etdiyi iri tonnajlı yük avtomobili ilə keçən, Belarus vətəndaşı, 1975-ci il təvəllüdlü Aleksandr Fusevin halı qəfildən pisləşib və elə orada keçinib.

Paylaş:
306

Son xəbərlər

Bütün xəbərlər