Bakıda müəllim şagirdə şillə vurdu, valideyn polisə verdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda müəllim şagirdə şillə vurdu, valideyn polisə verdi

17:33 - 21 / 10 / 2022
Bakıda müəllim şagirdə şillə vurdu, valideyn polisə verdi

Bakıda valideyn övladına müəllim tərəfindən şillə vurulmasını bildirərək polisə müraciət edib.

1news.az xəbər verir ki, Binə qəsəbə sakini, 1992-ci il təvəllüdlü ana 3-cü Polis Şöbəsinə müraciət edərək bildirib ki, 218 saylı məktəbdə müəllim işləyən Təranə Mürsəlova (şərti) 2008-ci təvəllüdlü oğluna şillə vurub.

O, müəllimin dərs vaxtı oğluna zərbə endirdiyini əlavə edib və hadisənin araşdırılaraq tədbir görülməsini xahiş edib.

Müraciətlə bağlı polis tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
392

Son xəbərlər

Bütün xəbərlər