Azərbaycanın iki alimi Stanford Universitetinin reytinq sıralamasında yer alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın iki alimi Stanford Universitetinin reytinq sıralamasında yer alıb

Qafar Ağayev09:33 - 21 / 10 / 2022
Azərbaycanın iki alimi Stanford Universitetinin reytinq sıralamasında yer alıb

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun alimləri, AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev və bu institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin adları Stenford Universitetinin nüfuzlu alimlərinin reytinq siyahısına daxil edilib.

1news.az xəbər verir ki, azərbaycanlı alimlərin adları artıq 3 ildir ardıcıl olaraq informasiya və kommunikasiya texnologiyaları sahəsi üzrə bu nüfuzlu reytinq siyahısında yer alır.
Qeyd edək ki, 2019-cu ildən başlayaraq hər il ABŞ-ın Stenford Universiteti Scopus bazasının elmmetrik göstəriciləri əsasında elmin 22 sahəsi üzrə dünyanın nüfuzlu alimlərinin reytinq siyahısını dərc edir. Alimlər məqalələrin sayı, istinadların ümumi sayı, Hirş indeksi və s. kimi göstəricilər nəzərə alınmaqla çoxmeyarlı qiymətləndirilir. Belə ki, bu elmmetrik göstəricilər əsasında yeni inteqrativ göstərici hesablannır və alimlər bu göstəriciyə nəzərən ranqlaşdırılır. Sonra onların arasından siyahının ilk 2%-nə daxil olan alimlər seçilir. Son zamanlar bu qiymətləndirmə sistemindən beynəlxalq səviyyədə ölkələrin elm və təhsil müəssisələrinin, həmçinin alimlərin qiymətləndirilməsində geniş istifadə olunur.
Sevindirici haldır ki, 2020-ci ildən başlayaraq hər il Azərbaycan alimlərinin adları da Stenford Universitetinin reytinq siyahısına seçilir.

Paylaş:
480

Son xəbərlər

Bütün xəbərlər