Yevlaxda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlaxda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Qafar Ağayev10:40 - 21 / 10 / 2022
Yevlaxda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Ilk əvvəl tədbir iştirakçıları müstəqil Azərbaycanın və Partiyamızın qurucusu Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə hörmət və ehtiram nümayiş etdiriblər.

1news.az xəbər verir ki, Yevlax Şəhidlər Xiyabanında şəhidlərin məzarları ziyarət edilib, Şəhid məzarlarına və Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Azərbaycan xalqının xilaskarı, Partiyamızın qurucusu ümummilli lider Heydər Əliyevin fenomen şəxsiyyətindən və siyasi fəaliyyətindən, eyni zamanda 30 il ərzində ölkəmizin maraqları naminə hesablanmış və bugün də dövlətimizin başçısı, Partiyamızın Sədri, Zəfər Sərkərdəmiz cənab İlham Əliyevin həyata keçirdiyi müdrik YAP siyasətinin qısa zaman kəsiyində əldə olunan və şanlı tariximizin səhifələrinə qızıl hərflərlə həkk olunmuş nailiyyətlərindən geniş bəhs edən məruzə ilə çıxış etdi. 44 günlük Vətən müharibəsindəki Şanlı Zəfərimizdən söhbət açan Rafiq Əliyev YAP Yevlax rayon təşkilatının fəaliyyəti haqqında da ətraflı məlumat verib. Qeyd edib ki, rayon təşkilatımızın ərazi partiya təşkilatının sayı 52, üzvlərinin sayı 8715 nəfərə çatıb.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev qeyd etdi ki, Cənubi Qafqazda alternativi olmayan Yeni Azərbaycan Partiyası fəaliyyətində ölkəmizin və xalqımızın maraqlarını birləşdirib. Yeni Azərbaycan Partiyasının arxada qoyduğu möhtəşəm və tarixi 30 ilə nəzər yetirsək, qürur hissi ilə vurğulaya bilərik ki, YAP qüdrətli ictimai-siyasi təşkilat olmaqla, dünya miqyasında fəaliyyət göstərən təməlli siyasi təşkilatdır. Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçərək, bugün də Ölkə Prezidenti cənab İlham Əliyevin ali rəhbərliyi ilə saysız-hesabsız uğurlara imza atmaqdadır.

Sonra çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirdi ki, əvəzedilməz şəxsiyyətin-Ulu Öndər Heydər Əliyevin yaratdığı və bugün də Onun böyük ideyaları ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət kursu Azərbaycanı inkişafın pikk həddinə çatdırıb. Azərbaycan xalqı xoşbəxtdir ki, bizim firavan gələcəyimizi layiqincə təmin edən Liderimiz cənab İlham Əliyev vardır.

YAP İdarə Heyətinin üzvü, professor Elnur Sadıqov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Zahid Xəlilov, Milli Məclisin deputatı İlham Məmmədov, “Kür” qəzetinin baş redaktoru, “Heydər Əliyev prospekti 47” ərazi partiya təşkilatının sədri Əminə Əhmədova çıxış edərək Yeni Azərbaycan Partiyasının misilsiz siyasətindən və keçdiyi şərəfli inkişaf yolundan geniş bəhs ediblər. Çıxışlarda möhtəşəm Qələbəmizlə nəticələnən 44 günlük Vətən müharibəsindən danışılıb, həmçinin torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən hərbçilərimiz arasında YAP üzvlərinin də olduğu vurğulanıb. Qeyd edilib ki, bugün sıralarında 800 minə yaxın insanı birləşdirən Yeni Azərbaycan Partiyası öz fəaliyyətini Ulu öndər Heydər Əliyevin müdrik ideyaları əsasında quraraq, Ölkə Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə qızıl hərflərdən ibarət tarix yazır.

Tədbirin sonunda Yevlax şəhərinin ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.

Paylaş:
238

Son xəbərlər

Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb16 / 05 / 2024, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO16 / 05 / 2024, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib16 / 05 / 2024, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar16 / 05 / 2024, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb16 / 05 / 2024, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb16 / 05 / 2024, 15:39Bu ilin ilk üç ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıb16 / 05 / 2024, 15:35Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB 116 / 05 / 2024, 15:19Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb16 / 05 / 2024, 15:03Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb - YENİLƏNİB16 / 05 / 2024, 14:53İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər16 / 05 / 2024, 14:46
Bütün xəbərlər